AZ

Dönmə işığı yandırmağı özlərinə ayıb bilən sürücülər maneə yaratdılar VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bakıda manevr qaydasını pozan sürücülər digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıblar. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 12-də paytaxtın Əhəd Yaqubov küçəsində baş verib.

Məlumata görə, 99-XQ-135 dövlət nömrə nişanlı “BYD” və 90-YB-401 nömrə nişanlı “Chevrolet” markalı avtomobillərin sürücüləri dönmə işığını yandırmadan dayanaraq görüntünü qeydə alan sürücünün hərəkətinə mane olublar. Xüsusilə “BYD” markalı avtomobilin sürücüsü manevr qaydasını kobud şəkildə pozaraq əks yola çıxıb və avtomobilini ikinci cərgədə park edib.

Qeyd edək ki, dönmə işığını yandırmağın əsas məqsədi digər hərəkət iştirakçılarını manevr barədə vaxtında xəbərdar etməkdir. Bu işıqdan istifadə edilmədikdə, digər sürücülər qarşıdakı avtomobilin nə edəcəyini təxmin edə bilmir və nəticədə qəza riski artır. Buna görə də, hər bir manevrdən əvvəl dönmə işığından mütləq istifadə olunmalıdır.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
avtosfer.az

1Mənbələr