ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xırdalanda qeydə alınan qayda pozuntusu yol təhlükəsizliyi ilə bağlı narahatedici mənzərəni bir daha ortaya qoydu. Avtosfer.az xəbər verir ki hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 77-GG-946 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında dayanmaq əvəzinə, asta sürətlə yolayrıcına daxil olub və hərəkətini davam etdirib.
İlk baxışda bu davranış sürücüyə vaxt qazandırmaq cəhdi kimi görünə bilər. Ancaq əslində belə hallar həm qayda pozanın özünü, həm də ətrafdakı hərəkət iştirakçılarını ciddi təhlükə altına salır. Qırmızı işıqda keçmək yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri olmaqla yanaşı, həm də sürücülük intizamının zəifliyini göstərən amildir.
Videodan da göründüyü kimi, qaydalara əməl edən sürücü yaşıl işığın yanmasını gözləyərək tam qanuni şəkildə hərəkət edib və nəticədə “Nissan” sürücüsünü geridə qoyub. Bu nümunə bir daha sübut edir ki, qaydalara əməl etmək heç də vaxt itkisinə səbəb olmur, əksinə, bəzən daha sürətli və rahat hərəkət etməyə imkan verir.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.