AZ

Bu ilin 7 ayında yığılan sığorta haqlarının həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 937,7 milyon manat sığorta haqqı toplanılıb.

"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 20,7 faiz artıqdır.

Yeddi ayda sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 40,4 milyon manat sığorta haqları, 17,5 milyon manat sığorta ödənişləri təşkil edib.

"Cebheinfo.az" 

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr