AZ

“Roma” Portuqaliya klubunun yarımmüdafiəçisini istəyir

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Roma" "Benfika"nın yarımmüdafiəçisi Florentinanı transfer etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, "Roma"nın baş məşqçisi Can Pyero Qasperini yarımmüdafiə xəttinin gücləndirilməsinin vacibliyində israrlıdır. O, "Roma"nın rəhbərliyindən 26 yaşlı portuqaliyalını transfer etmələrini istəyib.

Qeyd edək ki. Florentino 2024/25 mövsümündə "Benfika"nın heyətində bütün turnirlərdə 45 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
sport24.az

1Mənbələr