sport24.az saytına istinadən ain.az xəbər verir.
"Keçirdiyim hisslər möhtəşəmdir. Oyunu canlı izləyirdik. Başda Qurban Qurbanov olmaqla, bütün "Qarabağ" camiəsini təbrik edirəm". Bu sözləri Sport24.az-a açıqlamasında Bəxtiyar Musayev deyib.Vaxtilə "Qarabağ"ın formasını geyinmiş, hazırda AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəisi olan veteran futbolçu "köhlən atlar"ın 8 ildən sonra yenidən Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib:"Gərgin matç oldu. Sözlərlə ifadə etmək olmur. Şükürlər olsun ki, 8 il sonra yenidən Çempionlar Liqasına vəsiqə qazandıq. Möhtəşəm komandalara qarşı çıxış edəcəyik. Bir daha "Qarabağ"a təşəkkür edirəm. Bundan sonrakı oyunlarda uğurlar arzulayıram. "Barselona", PSJ, "Real" kimi nəhəng komandaların oyununu Bakıda izləyə bilərik. Bu klubların adlarını eşidəndə adamı həyəcan tutur (gülür). "Barselona"nı şəxsən Bakıda görmək istəyərdim. Dünən mətbuat konfransında Qurban müəllim dedi ki, heç istəməzdim "Barselona" rəqib olsun. Amma bura qədər gəlib çıxmaqları möhtəşəmdir. Bundan sonrakı ancaq təcrübə olacaq. İllərdir "Barselona"nın qatı azarkeşiyəm. İstərdim onları ölkəmizdə görüm. Bu, tək mənim yox, milyonlarla futbol azarkeşlərinin arzusudur".Qeyd edək ki, "Qarabağ" - " Ferentsvaroş " oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatsa da, iki matçın yekun nəticəsinə görə ağdamlılar Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.