AZ

Dövlət xətti ilə verilmiş ipoteka kreditləri artıq 3,6 milyard manatı keçib

Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu günədək 55 375 borcalana 3,611 milyard manat kredit ayırıb.

Finss.az-ın məlumatına görə, zəmanət və subsidiyalarla verilmiş kreditlərin məbləği 581 milyon manat təşkil edib. Həmçinin, fond çərçivəsində 7 793 mənzil kirayəyə verilməklə realizə olunub.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisi kimi fəaliyyət göstərir. Fondun əsas məqsədi vətəndaşların mənzil əldə etməsini və kiçik və orta sahibkarlığın maliyyələşməsini dəstəkləməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
44
fins.az

1Mənbələr