Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu günədək 55 375 borcalana 3,611 milyard manat kredit ayırıb.
Finss.az-ın məlumatına görə, zəmanət və subsidiyalarla verilmiş kreditlərin məbləği 581 milyon manat təşkil edib. Həmçinin, fond çərçivəsində 7 793 mənzil kirayəyə verilməklə realizə olunub.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisi kimi fəaliyyət göstərir. Fondun əsas məqsədi vətəndaşların mənzil əldə etməsini və kiçik və orta sahibkarlığın maliyyələşməsini dəstəkləməkdir.
Fuad Mədətov
Finss.az