AZ

Macarıstan klubunun futbolçusu: “Qarabağ” düşünülmüş hücumlar qururdu

Bakı, 28 avqust, AZƏRTAC

“Qarabağ” oyunu çox yaxşı idarə etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Macarıstanın "Ferensvaroş" komandasının futbolçusu Kallum O'Douda UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a (iki oyunun nəticəsi 4:5 ) uduzaraq mübarizəni dayandırdıqları oyun barədə danışarkən deyib.

O, Ağdam təmsilçisinin futbolçularının güclü və texniki cəhətdən üstün olduqlarını bildirib: “Buna görə də müdafiədə biz daha diqqətli olmalıydıq. “Qarabağ” həqiqətən layiqli şəkildə oynadı, onlar hər şeyi düşünmüşdülər. Topu çox sürətli və ağıllı şəkildə hərəkət etdirirdilər, düşünülmüş hücumlar qururdular. Rəqibi çox analiz etmişdik, amma fərdi olaraq oyunçular güclü idi. Onlar həm yerli liqada, həm də Avropada yaxşı performans sərgiləyirlər. “Qarabağ” yaxşı komandadır”.

İrlandiya millisinin 30 yaşlı yarımmüdafiəçisi komandasının gələcək hədəflərindən də söz açıb: “Mübarizəmizi Avropa Liqasında davam etdirəcəyik. Bu turnir bizim üçün önəmlidir və artıq ora köklənməliyik”.

Seçilən
2
3
azertag.az

4Mənbələr