AZ

ABŞ-ın ticarət müharibələri fonunda iki böyük ölkə əlaqələri bərpa etməyə başlayır

ABŞ-ın ticarət müharibəsi fonunda Çin və Hindistan arasında münasibətlər yazda yaxşılaşmağa başlayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Hindistan hökumət rəsmisi məlumat verib.

“Biz ABŞ prezidenti Donald Trampın idxal olunan mallara tətbiq etdiyi ticarət tariflərini nəzərdə tuturuq”,- deyə o bildirib.

Agentliyin mənbəsinin məlumatına görə, Çin prezidenti Si Tsinpin mart ayında Hindistan prezidenti Draupadi Murmuya məktub göndərərək ABŞ-ın ticarət tarifləri ilə bağlı narahatlığını ifadə edib. Çin liderinin fikrincə, Vaşinqtonun digər ölkələrlə ticarət sazişləri Pekinin maraqlarına zərər verə bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr