İtaliyanın Kataniya bölgəsində yerləşən Etna dağı avqustun 10-da başlayan vulkanik fəaliyyətini davam etdirir.
Publika.az xəbər verir ki, dəniz səviyyəsindən 2980-3200 metr yüksəklikdə yerləşən çuxurlardan gələn ən uzun lava axınının 2 kilometrə qədər uzandığı bildirilib.
Bocca Nuova ilə Cənub-Şərqi krater arasındakı yamaclarda da intensiv lava hərəkəti müşahidə olunur.
Cənub-şərq kraterindən ara-sıra Stromboliya tipli püskürmələr və kül atılmaları qeydə alınıb. Bu isə Etna ətrafında vulkanik aktivliyin istənilən an qəfil güclənə biləcəyini göstərir.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) Etnadakı fəaliyyətin daha güclü püskürməyə çevrilə biləcəyi ehtimalı barədə xəbərdarlıq edib. Səlahiyyətlilər yerli əhalini və ziyarətçiləri potensial risklərə qarşı diqqətli olmağa çağırıb.