AZ

Putinin siyasi texnologiyası: “danışıqlar” görüntüsü yaratmaq, amma nəticə əldə etməmək – Bəhruz Quliyev – ÖZƏL

"Bəzi dərgilər, o cümlədən "Politico" nəşrinin də qeyd etdiyi kimi, Vladimir Putinlə Volodimir Zelenski arasında görüşün baş tutma ehtimalı son dərəcə azdır. Bunun bir neçə əsas səbəbi var. Əvvəla, belə bir görüş Zelenskiyə siyasi legitimlik qazandırar. Hazırda Putin Qərbin dəstəklədiyi Ukrayna rəhbərini faktiki olaraq tanımaq istəmir. O, Zelenskini dövlət başçısı kimi qəbul etsə, bu, Kremlin indiyədək apardığı təbliğat xəttinə zidd olar. İkinci mühüm səbəb isə Rusiyanın ABŞ ilə bağlı strategiyasıdır. Kreml yaxşı anlayır ki, görüş baş tutacağı halda, bundan Qərb ölkələri Ukraynanın xeyrinə istifadə edəcək. Odur ki, Moskva prosesi daim şərtlərlə uzatmağa, vaxt qazanmağa və müəyyən sanksiyalardan yayınmağa çalışır. Bu, Putinin klassik siyasi texnologiyasıdır: "danışıqlar" görüntüsü yaratmaq, amma real nəticə əldə etməmək." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. 

"Dünya liderləri bu görüşün baş tutmasını arzulayır, hətta bəzi dövlətlər Kremlə təzyiq edərək xəbərdarlıq edirlər ki, əks halda yeni sanksiyalar tətbiq olunacaq. Lakin Putin üçün əsas məsələ imic deyil, geosiyasi qazancdır. Onun üçün görüş yalnız o halda baş tuta bilər ki, Kreml qarşılığında konkret siyasi dividendlər əldə etsin," - deyə ekspert əlavə edib. 

Bəs görüş nə zaman baş tuta bilər? 

Əslində bu sualın cavabı birbaşa Qərbin vahid mövqeyindən asılıdır. Əgər ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sərt və koordinasiyalı siyasət yürütməsə, Putin "görüş kartını" daim əlində saxlayacaq. Belə bir görüş yalnız real kompromis şəraitində, hər iki tərəf üçün müəyyən güzəştlər formalaşanda mümkündür. Yəni yaxın perspektivdə bu, çox çətin görünür.

"Görüşün baş tutmamasının əsas səbəbi Kremlin taktiki maraqları və Zelenskiyə legitimlik verməkdən yayınmasıdır. Putin üçün bu görüş danışıqlar yox, geosiyasi alver predmeti kimi dəyərləndirilir," - deyə, B. Quliyev qeyd edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr