AZ

Bakıda ictimai nəqliyyatda gedişhaqqı artırılacaq? - Açıqlama

Son günlər sosial şəbəkələrdə və yerli mediada Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı məlumatlar yayılır.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, gedişhaqqının hətta 40-50 qəpik artırılacağı ilə əlaqədar iddialar var. 

Nəqliyyat üzrə ekspert Azər Allahverdiyev Musavat.com-a açıqlamasında bildirib ki, tarif dəyişikliyi qaçılmaz ola bilər: “İctimai nəqliyyatda sərnişin daşınmasının maya dəyəri son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu artımı əsasən yanacaq, ehtiyat hissələri və işçi qüvvəsi xərclərinin bahalaşması şərtləndirir. Lakin nəzərə almaq lazımdır ki, qiymət artımı insanların sosial vəziyyətinə uyğun şəkildə həyata keçirilməlidir. Əks halda, sərnişinlər üçün əlavə yük olacaq”.

Seçilən
105
20
mia.az

10Mənbələr