ain.az, Sitat.info portalına istinadən məlumat verir.
Argentina prezidenti Xavyer Mileinin karvanı daşla hücuma məruz qalıb.
Sitat.info xəbər verir ki, paytaxt Buenos-Ayresdə qarşıdan gələn yer seçkilər üçün kampaniya apararkən müxalifətin qalası kimi tanınan Lomas de Zamora rayonunda Mileinin karvanına qəzəbli kütlə hücum edib.
Camaat Mileinin konvoyuna daş və butulka atıb. Qəzəbli izdiham “Çıx get, Milei” şüarları səsləndirdi və daşlar Milinin maşınına dəydi.
Hücumdan sonra Mileinin karvanı sürətlə hadisə yerindən uzaqlaşıb. Hücum zamanı Milei və onun şəxsi katibi olan bacısı Karina Milei avtomobilin arxasında dayanaraq camaatı salamlayırdılar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.