AZ

Paşinyan Ermənistanın Aİİ-dən çıxmasını istisna etmir

"Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqına eyni vaxtda üzvlük mümkün deyil, ona görə də İrəvan zamanla "uyğun qərar" verəcək".

Sitat.info-nun "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

"Biz başa düşürük ki, Aİ və Aİİ-yə eyni vaxtda üzvlük mümkün deyil. Seçimin qaçınılmazlığı anı gəldiyi zaman biz müvafiq qərar qəbul edəcəyik", - deyə o bildirib.

Onun sözlərinə görə, istənilən ssenari mümkündür.

"Hər şey xalqımızın iradəsindən, vəziyyətin təhlilindən, perspektivlərdən və danışıqların nəticələrindən asılıdır", - deyə Paşinyan qeyd edib.

Seçilən
0
1
sitat.info

2Mənbələr