AZ

Anasının məzar daşını düzəltdirmək üçün oğurluq etdi

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakının Nizami rayonunda fəaliyyət göstərən "Qala Telecom" mağazasında oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, mağazadan 3 968 manat dəyərində mobil telefon və müxtəlif aksesuarlar oğurlanıb. Hadisəni törədən şəxs obyektə saxlanc yerinin dam örtüyünü sındırmaqla daxil olub. 

Mağaza sahibi hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən P.Bağırov adlı şəxs saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılıb. 

Məhkəmə zamanı P.Bağırov verilmiş ittihamla özünü təqsirli bilib. O, qeyd edib ki, hadisəni anasının məzar daşını düzəltdirmək üçün törədib. Təqsirləndirilən şəxs mərhum anasının 40 mərasiminin yaxınlaşdığını, lakin məzar daşını düzəltdirmək üçün maddi imkanı olmadığını, bu səbəbdən də oğurluq edərək vəziyyətdən çıxmağı düşündüyünü deyib. 

Məhkəmənin hökmü ilə P.Bağırova 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şəxs qismində tutulduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
qaynarinfo.az

5Mənbələr