AZ

Ət, süd və yumurta istehsalı artıb

Bu ilin yanvar-iyul aylarında ölkə üzrə 1 415,7 milyon ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin müvafiq göstəricisini 2,2 faiz üstələyir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarına nisbətdə cari ilin ilk 7 ayında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 1,2 faiz artaraq 335,3 min ton təşkil edib.

Bununla yanaşı, hesabat dövründə 1 315,5 min ton süd istehsal edilib ki, bu da illik ifadədə 0,3 faiz artım deməkdir.

Seçilən
1
vergiler.az

1Mənbələr