AZ

Keçmiş səhiyyə naziri COVID-19-a görə döyüldü

Polşanın keçmiş səhiyyə naziri Adam Niedzielski Siedlce şəhərinin mərkəzindəki restoranın qarşısında iki nəfərin hücumuna məruz qalıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, hadisə çərşənbə günü baş verib və siyasətçi yerli Mazovian Regional Xəstəxanasına aparılıb. Onun həyatı üçün təhlükə olmadığı bildirilib.

Məlumata görə, hücum zamanı naməlum şəxslər Niedzielskinin COVID-19 pandemiyası dövründə verdiyi qərarları tənqid ediblər.

Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.

Polşanın Baş naziri Donald Tusk sosial mediada açıqlama verərək, cinayətkarların tez bir zamanda tutulacağını vurğulayıb.

Fidan
Milli.Az

Seçilən
9
3
milli.az

4Mənbələr