AZ

“Seçim vaxtı gələndə qərar verəcəyik” –Paşinyan Avrasiya İttifaqını tərk edir?

“Biz Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyində eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü başa düşürük. Yekun seçim vaxtı gələndə Ermənistan müvafiq qərarı verəcək”.

AzPost bildirir ki, bu sözləri Baş nazir Paşinyan bu gün keçirdiyi mətbuat konfransıda bildirib.

Onun sözlərinə görə, Avrasiya Birliyindən çıxmaqla bağlı ritorika  uzun müddətdir müzakirə olunur: “Bu, xüsusən də biz Avropa İttifaqına daxil olmaq haqqında qanunu qəbul etdikdən sonra başlayıb. Mən bildirmişəm ki, biz Aİ və Aİİ-yə eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü başa düşürük. Yekun seçim vaxtı gələndə Ermənistan müvafiq qərarı verəcək”.

Belə bir qərarın mümkünlüyü ilə bağlı sualın cavabında Paşinyan deyib ki, istənilən ssenari mümkündür: “Əgər biz rəsmi səviyyədə bu bəyanatı veririksə, deməli, istənilən ssenari mümkündür. Bu, digər məsələlərlə yanaşı, xalqımızın ifadə olunmuş iradəsi və hazırkı vəziyyətimizlə, danışıqlar prosesi, təhlilimizin nəticəsi və vəziyyətin perspektivləri, imkanlar və alternativlərlə bağlıdır”.

AzPost.az

Seçilən
0
azpost.info

1Mənbələr