AZ

Mühafizəkarlar Pezeşkianı cinayət işi ilə hədələyirlər

İran parlamentinin deputatı Kamran Qəzənfəri prezident Məsud Pezeşkianı hədələyən fikirlər səsləndirib.

Tribunainfo.az xəbər verir ki, mühafizəkar qanadın nümayəndəsi olan Qəzənfəri MAQATE müfəttişlərinin İrana gəlməsinə qarşı olduğunu deyib.

O bildirib ki, MAQATE-nin müfəttişlərinin İrana səfəri ölkə qanunlarını pozmaqdır. “Əgər müfəttişlər İrana gələrsə, prezident Məsud Pezeşkiana qarşı cinayət işi açılması üçün addım atacağıq”.

Fərda Uğur

Seçilən
19
1
tribunainfo.az

2Mənbələr