AZ

Ukrayna işğal altındakı ərazilərin qaytarılması üzrə planlarını açıqladı

Ukrayna Müdafiə Nazirliyi müvəqqəti işğal olunmuş bütün ərazilərin geri qaytarılması ilə bağlı strateji baxışa malikdir.

Editor.az xəbər verir ki, bu barədə nazir müavini İvan Qavrylyuk Krım Platforması ekspert şəbəkəsinin beynəlxalq forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya və ABŞ-la birgə müxtəlif ssenarilər üzərində “hərbi oyunlar” keçirilib və mümkün inkişaf istiqamətləri modelləşdirilib.

“Bizim istiqamətlərimiz, baxışımız var – bütün müvəqqəti işğal olunmuş əraziləri Ukraynanın tərkibinə qaytarmaq. Partnyorlarımızla birlikdə müxtəlif situasiyaları modelləşdirmişik və 10–15 il öncəyə qədər hərəkət planımız mövcuddur”, – deyə Qavrylyuk vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr