AZ

“AXC nin işğalı tarixi faktdır...“ ”Rusiya təbliğatı reallığı təhrif edir”

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya mediasında və bəzi “ekspert dairələrində” Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğal olunması ilə bağlı tarixi açıqlamasına qarşı irəli sürülən əsassız iddialar Azərbaycanlı politoloqlar tərəfindən tənqid olunur.

Politoloq Fərhad Məmmədov bildirib ki, Prezident İlham Əliyevin tarixi faktlara əsaslanan çıxışı bəzi rus ekspertlərini, xüsusilə özünü “pravoslav millətçi” kimi təqdim edən dairələri qıcıqlandırıb.

“ADR 1920-ci ilin aprelində 11-ci Qızıl Ordu tərəfindən işğal edilib və nəticədə Azərbaycan Sovet Sosialist Respublikası elan olunub. Bu respublika 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibinə daxil edilib, həmin ilin dekabrında isə SSRİ-nin təsisçilərindən birinə çevrilib. Bu, sadəcə tarixdir – dəyişdirilə bilməz,” – deyə F.Məmmədov vurğulayıb.

Politoloq onu da qeyd edib ki, rus təbliğatının irəli sürdüyü “əgər SSRİ rejimi işğalçı idisə, deməli Heydər Əliyev də bu rejimin tərkib hissəsi olub” kimi absurd yanaşma tarixi və siyasi baxımdan qeyri-ciddidir.

“Bu məntiqə əsaslansaq, o zaman rusların milli qəhrəmanı hesab edilən Aleksandr Nevski də "Orda"nın işğalçı rejiminə xidmət edib. Axı Nevski monqol xanına tabe olmaq üçün onun qarşısında diz çöküb, vergi toplamaq üçün icazə istəyib,” – deyə o əlavə edib.

Fərhad Məmmədovun fikrincə, Rusiya təbliğatı tarixi faktları təhrif etməklə Azərbaycanın mövqeyinə kölgə salmağa çalışır, lakin bu cəhdlər həm elmi, həm də siyasi cəhətdən əsassızdır.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
azpolitika.info

1Mənbələr