AZ

Ən aqressiv 5 bürc: Səbrləri tükəndikdə, onlardan qaçın

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Astrologiyaya görə, bəzi bürclər ani reaksiyaları, sərt çıxışları və aqressiv davranışları ilə seçilir.Səbrləri tükəndikdə, onları sakitləşdirmək çətin olur.Bizim.Media ən aqressiv 5 bürcü təqdim edir:QoçSürətli reaksiyalar və impulsiv davranışlar Qoç bürcünün əsas xüsusiyyətidir. Liderlik qabiliyyətləri ilə seçilsələr də, bu, bəzən inadkarlığa çevrilir. Səbirsizdirlər, ədalətsizliyə dözmürlər və qəzəbləndikdə sərt reaksiya verirlər. Mübahisələrdən çəkinməyən Qoçlar tez “alovlanır” və eyni sürətlə də sakitləşirlər.ƏqrəbƏqrəbin aqressiyası zahiri deyil, daha çox daxilidir. Sakit görünürlər, amma qəzəbləndikdə unutmazlar. İntiqam hissi güclüdür və gözlənilməz anda partlayış edə bilirlər. Dərin duyğular, ehtiras və nəzarət istəyi onları “partlamağa hazır bomba”ya çevirir.ŞirQürurlu və özünü ön planda görməyi sevən Şir bürcü hörmətsizlik hiss etdikdə aqressivləşir. Tənqid və alçaldılma onların ən zəif nöqtəsidir. Qəzəbləri gur səsli olur, amma uzun çəkmir. Tez qəzəblənib, tez sakitləşirlər.OxatanNikbin və şən olsalar da, Oxatanların azadlıqları məhdudlaşdırıldıqda aqressiv tərəfləri üzə çıxır. Müstəqilliklərinə toxunulduqda ani reaksiyalar verirlər. Açıqsözlü olduqları üçün bəzən qarşı tərəfi incidir, mübahisələrə səbəb olurlar.OğlaqCiddi və soyuqqanlı görünən Oğlaqlar, təzyiq altında qaldıqda sərtləşirlər. Onların qəzəbi səssiz və soyuq olur. Qışqırmazlar, amma münasibətləri kəsərək sərt mövqelərini göstərirlər. Oğlaq bürcünün aqressiyası gec gəlir, amma təsiri uzun sürür. (publika.az)Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
bizim.media

3Mənbələr