AZ

Qəzzada aclıqdan ölənlərin sayı artır

Qəzza zolağında aclıq və qida çatışmazlığı səbəbindən son 24 saat ərzində ikisi uşaq olmaqla 4 mülki vətəndaş həyatını itirib.


Manset.az xəbər verir ki, ümumilikdə aclıqdan ölənlərin sayı 317 nəfərə çatıb, onlardan 121-i uşaqdır.

İsrailin tətbiq etdiyi mühasirə və yardım blokadası nəticəsində Qəzza zolağında mülki əhali həyatda qalmaq üçün mübarizə aparır. Beynəlxalq hüquqa zidd olaraq aclığın silah kimi istifadə edildiyi bölgədə humanitar fəlakət getdikcə dərinləşir.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, son 24 saat ərzində baş verən ölümlərlə birlikdə aclıq və qida çatışmazlığı nəticəsində ölənlərin ümumi sayı 317-yə çatıb. Açıqlamada qeyd olunur ki, bu şəxslərdən 121-i azyaşlıdır.

Seçilən
7
manset.az

1Mənbələr