AZ

Problem sistemdir Amorimə sərt tənqid

Apasport saytına istinadən ain.az xəbər verir.

"Heyət mübarizə apara biləcək gücdədir, problem sistemdədir".

Apasport.az xəbər verir ki, bu sözləri "Liverpul"un sabiq futbolçusu Denni Mörfi "Mançester Yunayted"in "Qrimsbi"yə məğlubiyyətindən sonra deyib.

Veteran futbolçu problemin futbolçularda yox, baş məşqçidə olduğunu vurğulayıb:

"Bu heyətin mübarizə apara biləcək gücdə olduğunu düşünürəm. Məncə, problem sistemdədir, ilk gündən bu fikirdəyəm. Mən belə sistemdə yarımmüdafiəçi kimi oynamaq istəməzdim".

“Futbol perspektivində baxsaq, bu sistemin işə yarayacağını demək çətindir. Hansı yarımmüdafiəçi bu sistemlə inkişaf edə bildi? Heç biri. Səbəb bilirsiniz nədir? İstər 3-5-2, istər də 3-4-3 sxemi ilə oyna, əgər meydanın mərkəzdə cəmi 2 yarımmüdafiəçin varsa, rəqibin səni üstələyəcək".

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Liqa Kubokunda "Qrimsbi" ilə 2:2 yekunlaşan matçda penaltilər seriyasında (11:12) məğlub olub. 

“Qalatasaray”ın istədiyi oyunçu İSTANBULA GƏLİR

“Yuventus”dan “Beşiktaş”a - RƏSMİ

“Beşiktaş”da ayrılıq - RƏSMİ

Olise "Liverpul"un hədəfində

Premyer Liqada həftənin oyunçusu müəyyənləşib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
apasport.az

2Mənbələr