AZ

Messi qolunu oğulları ilə qeyd etdi

“İnter Mayami” Liqa Kubokunun yarımfinalında “Orlando Siti” ilə üz-üzə gəlib.

Publika.az xəbər verir ki, Fort-Loderdeyldəki “Chase Stadium” arenasında keçirilən qarşılaşmada meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib.

Matçın qəhrəmanı argentinalı ulduz Lionel Messi olub. O, əvvəlcə 11-ci dəqiqədə hesabı bərabərləşdirib, daha sonra isə komandasını önə keçirib və dubla imza atıb.

Qollarından birini qeyd edən Messi tribunalara tərəf qaçaraq sevinci azarkeşlərlə və xüsusilə də oğulları ilə bölüşüb.

Seçilən
7
publika.az

1Mənbələr