AZ

Alkoqolsuz içkilər bazarı 5 faizədək böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 31 308,4 min dekalitr (dkl) alkoqolsuz içkilər istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 4,9 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, eyni dövr ərzində ölkədə 18 776,2 min dkl şirinləşdirilməmiş sular istehsal olunub. İllik artım 2,9 faiz təşkil edib.

Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 731,4 min dkl alkoqolsuz içkilər və 958,3 min dkl şirinləşdirilməmiş sularardan ibarət olub.

Seçilən
3
vergiler.az

1Mənbələr