Ukrayna prezidenti Volodimir Zelenski Olqa Stefanişinanın ABŞ-a səfir təyin edilməsi haqqında fərman imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
“Mən səfirliyimizin işini yeniləmək, ən əsası isə Vaşinqtonla bütün razılaşmaları – prezident Trampla razılaşmalarımızı və hər şeydən əvvəl müdafiə sektorunun işini tam şəkildə yerinə yetirmək üçün əsas vəzifələri müəyyən etmişəm”, – deyə Zelenski qeyd edib.