AZ

İçərişəhərdə bütün ağacların nömrələnməsinə başlanılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi çərçivəsində İçərişəhərdəki bütün ağacların qeydiyyatına və nömrələnməsinə başlanılıb.

Qoruq İdarəsindən bildirilib ki, hər ağacın üzərinə xüsusi nömrələnmiş inventar lövhələri vurulub, həmin inventar lövhələrində ağacın kodu və onun elektron uçot vərəqinə keçid imkanı yaradan QR-kod yerləşdirilib.

İnventarlaşdırma nəticəsində İçərişəhərin bütün yaşıllıqları “Şəhər yaşıllıqlarının reyestri” informasiya sisteminə daxil ediləcək. Proses tam zərərsiz üsulla aparılır və #inventar lövhələri ətraf mühit təsirlərinə davamlı materialdan hazırlanır.

Layihənin məqsədi İçərişəhərin yaşıllıqlarını qorumaq, ekoloji mühiti yaxşılaşdırmaq və gələcək nəsillərə yaşıl irs ötürməkdir.

Hər kəsi yaşıllıqların qorunmasına və artırılmasına dəstək olmağa, təbiətimizin yaşıl gələcəyi naminə birgə fəaliyyət göstərməyə çağırırıq. İçərişəhərin yaşıllıqları tarixi abidələrlə yanaşı, gələcək nəsillərə ötürəcəyimiz ən qiymətli sərvətlərdən biridir.

AzPost.az

Seçilən
1
14
azpost.info

10Mənbələr