AZ

“Drujba” kəməri ilə Rusiyadan Macarıstan və Slovakiyaya neft nəqli bərpa edildi

Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalan “Drujba” kəməri ilə Rusiyadan Macarıstan və Slovakiyaya neft nəqli bərpa edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Bildirilib ki, bu gün “Drujba” boru kəməri ilə Macarıstan və Slovakiyaya neft tədarükü bərpa edilib. 

Şirkət bərpa olunan tədarüklərin həcmini açıqlamayıb.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijarto bildirmişdi ki, “Drujba” vasitəsilə xammalın nəqli avqustun 28-də məhdud miqdarda bərpa olunacaq.

Seçilən
30
1
operativmm.az

2Mənbələr