Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Milli Anti Dopinq Agentliyi (AMADA) legioner basketbolçunu antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edib.
Hafta.az xəbər verir ki, bu barədə AMADA-nın Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Javaun Markel Daniels üç ay müddətinə yarışlardan uzaqlaşdırılıb. Buna səbəb idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu olub.
Sanksiyanın müddəti avqustun 1-dən oktyabrın 31-nə qədər təyin olunub.