AZ

Paşinyan 9 noyabr üçtərəfli bəyanatın qüvvədən düşdüyünü açıqladı - 9 noyabr 9 noyabrda qaldı...


Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib.

APA-nın xəbərinə görə, bugünkü brifinqdə bu məsələyə toxunan Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”.

“9 noyabr 9 noyabrda qaldı”, - Paşinyan əlavə edib.

"Keçmiş prezidentlərin hələ də siyasi həyatımızda olmasına görə məni tez-tez ittiham edirlər" - deyən Paşinyan Ermənistanda Robert Koçaryanın nə isə deməyə cürətinin çatdığını bildirib.

“İnanıram ki, qarşıdakı seçkilərdə xalqımızın həm Serj Sarkisyanın, həm də Robert Koçaryanın siyasi dillərini birdəfəlik kəsib kökündən qoparmaq imkanı olacaq”, - o qeyd edib.

Seçilən
4
16
baki-xeber.com

10Mənbələr