
Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzinin inzibati binasında baş verən yanğınla əlaqədar mərkəz müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə DOST Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu, mərkəzdə ehtiyac yaranan kiçik təmir işlərinin aparılması ilə əlaqədardır.
“Qeyd edək ki, ötən gün saat 16:30 radələrində Abşeron DOST Mərkəzində baş verən yanğın hadisəsi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən operativ qaydada söndürülüb. Hadisə mərkəzin yalnız bir otağında baş verib və mərkəzi əhatə etməyib.