AZ

Aİ Rusiyanın Brüsseldəki daimi nümayəndəsini çağırıb

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Karen Malayanı çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas öz “X” hesabında açıqlayıb. 

Bildirilib ki, buna səbəb Rusiyanın bu gecə Kiyevə zərbə endirməsi zamanı Aİ-nin Ukraynadakı missiyasının binasına ciddi zərər dəyməsi olub:

“Buna cavab olaraq, Rusiyanın Brüsseldəki daimi nümayəndəsini çağırırıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
qafqazinfo.az

2Mənbələr