AZ

"O, Çempionlar Liqasını qazanmaq və “qızıl top”u almaq üçün “Real”a keçdi"

Fransalı sabiq yarımmüdafiəçi Emmanuel Peti “Real”ın hücumçusu Kilian Mbappenin iddiaları ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mbappenin Çempionlar Liqasını qazanmaq və “qızıl top”u almaq üçün “kral klubu”na keçdiyini bildirib:

“Bu mövsüm Mbappe üçün həlledici olmalıdır. O, Çempionlar Liqasını qazanmaq və “qızıl top”u almaq üçün “Real”a keçdi”.

26 yaşlı forvard 2024-cü ilin yayında azad agent kimi PSJ-dən “Real”ın sıralarına qoşulub. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna kimidir.

Seçilən
0
sportinfo.az

1Mənbələr