İtaliyanın “Milan” klubu “Çelsi” ilə yarımmüdafiəçi Kristofer Nkunkunun transferi barədə razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial məlumat yayıb.
Bildirilib ki, futbolçunun transfer dəyəri bonuslarla birlikdə 35 milyon avro təşkil edir və o, “rossonyerlər”lə beşillik müqavilə imzalayacaq.
Xatırladaq ki, Nkunku 2023-cü ilin yayından “Çelsi”nin heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 62 oyuna çıxıb, 18 qol vurub və 5 qolun ötürməsini verib. Onun London klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.