“Çelsi”nin hücumçusu Kristofer Nkunku “Milan”la müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı fransalının müqaviləsi 35 milyon avrodur. Sözləşmə 2030-cu ilin yayına qədər qüvvədə olacaq. Eyni zamanda, “Transfermarkt” futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.
2024/25 mövsümündə Nkunku bütün yarışlarda 48 matçda 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.