Hurriyyet saytına istinadən ain.az xəbər verir.
Sentyabrın 1-də Rusiyada "WhatsApp" messenceri tamamilə bloklanacaq.
Bu barədə Hurriyyet.az-a Rusiyadakı soydaşlarımızdan məlumat daxil olub.
Bildirilir ki, artıq sentyabrın 12-dən "WhatsApp" messencerinin bloklanmasına başlanılıb. Hazırda məhdudiyyətlər yalnız mobil internet vasitəsilə qoşulma zamanı hiss olunur - zənglər ya ümumiyyətlə getmir, ya da səs keyfiyyəti kəskin şəkildə pisləşir.
"Wi-Fi" üzərindən zənglər hələlik mümkündür, lakin bu, müvəqqəti test mərhələsidir", - deyə mənbə bildirib.
Məlumata görə, sentybarın 1-də bu xidmətlərin tam bloklanması gözlənilir.
Yeri gəlmişkən, həmçinin Pavel Durova məxsus "Telegram" messencerində də oxşar problemlərin yarandığı qeyd edilir. Belə ki, adıçəkilən mesencerlər vasitəsilə zənglərlə bağlı çətinliklərin getdikcə artacağı bildirilir.
"Baza"nın əməkdaşları da mobil internet üzərindən zənglərin keyfiyyətinin çox zəif olduğunu təsdiqləyiblər - səs tez-tez kəsilir, qarşı tərəfi demək olar ki, eşitmək olmur.
Xatırladaq ki, Dövlət Dumasının IT Komitəsi sədrinin birinci müavini Anton Qorelkin "WhatsApp"ın Rusiya bazarından çıxmağa hazırlaşmalı olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, Rusiyada ekstremist təşkilat kimi tanınan "Meta" şirkətinə məxsus bu messencer, məhdudlaşdırılacaq proqram təminatı siyahısına daxil ediləcək. Prezident Vladimir Putin həmin siyahının sentyabrın 1-dək hazırlanması barədə göstəriş verib.
Hurriyyet.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.