AZ

Zelenski Tramp tərəfi ilə görüşə hazırlaşır: Masada təhlükəsizlik zəmanəti

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin nümayəndə heyətinin sabah (29 avqust) ABŞ-ın Nyu-York şəhərində ABŞ tərəfi ilə görüş keçirəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, Zelenski bu barədə video müraciətində məlumat verib. Prezident bildirib ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov həftə ərzində Qətər, Səudiyyə Ərəbistanı və İsveçrədə mühüm görüşlər keçiriblər.

Zelenskinin sözlərinə görə, ABŞ-da keçiriləcək toplantıda keçmiş prezident Donald Trampın komandası ilə təhlükəsizlik zəmanətləri çərçivəsində danışıqlar aparılacaq:
“Cümə günü ABŞ-ın Nyu-York şəhərində Trampın komandası ilə görüşlərimiz olacaq. Təhlükəsizlik zəmanətləri çərçivəsində çalışan hər bir rəsmi bu görüşdə iştirak edəcək.”

Prezident əlavə edib ki, müzakirələr hərbi, siyasi və iqtisadi aspektləri əhatə edəcək və əsas məqsəd Rusiyaya qarşı çəkindirmə mexanizmlərini gücləndirməkdir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
1
1
turkustan.az

2Mənbələr