Almaniyanın xarici işlər naziri İoann Vadeful Rusiyanın 28 avqust gecəsi Kiyevə həyata keçirdiyi hücumu kəskin şəkildə pisləyib.
Editor.az xəbər verir ki, o bildirib ki, bu hücum nəticəsiz qalmayacaq.
Nazirin sözlərinə görə, hücum zamanı dinc sakinlər, o cümlədən uşaqlar həlak olub, həmçinin Avropa İttifaqı nümayəndə heyəti də zərbə altına düşüb. Vadeful vurğulayıb ki, bu, Rusiyanın aqressiv siyasətinin növbəti sübutudur və Berlin buna uyğun addımlar atacaq.
//Samir Qurbanov, Editor.az