AZ

Rusiyada məktəbli qızın əlində telefon partladı

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Rusiyanın Moskva vilayətində 15 yaşlı məktəbli qızın əlində enerji yığdığı telefon partlayıb.

Bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyindən məlumat yayıb.

Hadisə məktəli qız telefonda oyun oynayarkən qeydə alınıb. Birdən-birə cihaz qızaraq qızın əlində partlayıb.

Məktəblinin atası onu dərhal xəstəxanaya çatdırıb. Qıza sol və sağ əl barmaqlarında üçüncü dərəcəli, hər iki qolun ön hissəsində isə birinci-ikinci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
baku.ws

2Mənbələr