AZ

Paşinyandan Netanyahuya: “Soyqırım”ın tanınmasından nə qazandıq?

Görünən odur ki, Netanyahunun bəyanatının nə Ermənistan Respublikasının, nə də erməni xalqının maraqları ilə heç bir əlaqəsi yoxdur.

Bunu Ermənistan hökumətinin başçısı Nikol Paşinyan deyib.

O, İsrailin baş naziri Benyamin Netanyahunun İsrailin “erməni soyqırımı”nı tanıyacağı ilə bağlı bəyanatına münasibət bildirib:

“Ümumiyyətlə, başa düşməliyik ki, biz “erməni soyqırı”mının tanınması və ya tanınmamasının dövlətimizin və xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayanların əlində geosiyasi alver predmetinə çevrilməsini istəyirik, ya istəmirik. Biz diqqəti dövlətimizin maraqlarında cəmləməliyik. Bir çox dövlətlər “soyqırımı” tanıyıb. Bəs Ermənistan bundan nə qazandı?”Yenisabah.az

Seçilən
9
3
veteninfo.az

4Mənbələr