AZ

Azərbaycanda oynamış futbolçu Anqola klubunda

“Araz-Naxçıvan”ın sabiq yarımmüdafiəçisi Benni Kardoso karyerasını Anqolada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu bu ölkənin yüksək liqa təmsilçilərindən “Petro de Luanda” ilə anlaşmaya gəlib. Klubun mətbuat xidməti transferi rəsmən açıqlayıb.

Kardoso yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, 2024/25 mövsümündə o, “Araz-Naxçıvan”ın formasını geyinib.

 

Seçilən
22
idmanxeber.az

1Mənbələr