AZ

Paşinyan Ermənistanın Avrasiya İttifaqından çıxa biləcəyini açıqladı…


Paşinyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxa biləcəyini də istisna etməyib. Paşinyan bəyan edib ki, ölkəsinin eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqına (Aİİ), həm də Avropa İttifaqına (Aİ) üzv olması mümkün deyil. Paşinyan bildirib ki, yekun qərar xalqın iradəsindən, vəziyyətin təhlilindən, danışıqların perspektivindən, nəticələrdən asılı olacaq.

"Biz başa düşürük ki, həm Aİ, həm də Aİİ üzvü olmaq eyni vaxtda mümkün deyil. Seçim etmək vaxtı gələndə müvafiq qərarı verəcəyik" -deyən Paşinyan jurnalistlərə bildirib hər bir ssenari mümkündür.

Ermənistanın baş naziri Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya prezidenti Putinlə görüşünün də planlaşdırıldığını açıqlayıb. Paşinyan sentyabrın sonunda Rusiyaya səfər edəcəyini də bildirib.

TAHİR

Seçilən
13
baki-xeber.com

1Mənbələr