AZ

Prezident səxavətli davrandı, baş məşqçi və köməkçilərinin maaşını artırdı

«Araz-Naxçıvan»ın əsas komandasında çalışan məşqçi və inzibati-texniki heyətin maaşları artırılıb.

Onları Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov sevindirib.

NFF-nın birinci şəxsinin göstərişi ilə burada işləyən personalın məvacibrərinə 20-30 faiz artım edilib.

Məsələn, baş məşqçi Elmar Baxşıyevin əməkhaqqısı 9000 manatdan 15000 manata qaldırılıb. Onun köməkçiləri isə daha 3000 deyil, 5000 manat alacaq.
A

xundov bu jesti ötən mövsümün yekunlarına əsasən edib. Belə ki, Muxtar Respublika təmsilçisi Premyer Liqanın bürünc medallarını qazanaraq, tarixində ilk dəfə avrokuboklara yüksəlib.

Konfrans Liqasında yarışan «ağ-qırmızılar» ikinci təsnifat mərhələsində «Aris»dən üstün olub - 2:1, 2:2.

Yunanıstanın tanınmış klubu ilə qarşılaşmalarda uğura imza atan «Araz» üçüncü təsnifat mərhəlsində mübarizəni dayandırıb. Kipr «Olmoniya»sı onların yolunu 4:0 və 5:0-la kəsib.

SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr