AZ

"Finstab" şirkəti vergi üzrə mütəxəssis vakansiyasını elan edib

Finss.az - "Finstab" Azərbaycanda Vergi məsləhət xidmətləri göstərən şirkət olaraq, mühasibatlıq və maliyyə əməliyyatlarının düzgün aparılmasını təmin edəcək mütəxəssis axtarır.

Vəzifələr:

  • Aylıq, rüblük və illik hesabatların (vergi, sosial sığorta, statistika) hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanması;
  • Şirkətin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin təşkili və hesabatların vaxtında təqdim olunmasının təmin edilməsi;
  • 1C proqramında müəssisə konfiqurasiyasının idarə olunması və dəstəyi;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunda düzgün aparılmasına nəzarət.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili – əla; xarici dil bilikləri üstünlükdür;
  • Excel, Word, Adobe PDF proqramlarında bacarıq;
  • 1C proqramında peşəkar səviyyədə işləmək bacarığı;
  • Düzgün şifahi və yazılı ünsiyyət bacarığı.

İş şəraiti:

  • İş rejimi: həftənin 5 günü, 9:00–18:00;
  • Şənbə və bazar qeyri-iş günüdür;
  • Sınaq müddəti: 2 həftə;
  • Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə.

Müraciət: [email protected]

Seçilən
123
fins.az

1Mənbələr