AZ

ABŞ-da ipoteka faizləri ardıcıl ikinci həftədir ki, yüksəlir

Finss.az xəbər verir ki, ABŞ-da uzunmüddətli ipoteka üzrə orta faiz dərəcəsi keçən həftə cəmi 1 bənd artıb və artım ardıcıl ikinci həftə qeydə alınıb.

İpoteka Bankerləri Assosiasiyasının (MBA) hesabatına görə, avqustun 22-də bitən həftədə 806,5 min dollara qədər ev almaq üçün 30 illik kreditlər üzrə orta faiz dərəcəsi əvvəlki həftə 6,68 faizlə müqayisədə illik 6,69 faiz təşkil edib. ABŞ-da ipoteka kreditləri üçün müraciətlərin sayı əvvəlki həftə 1,4% azaldıqdan sonra ötən həftə 0,5% azalıb. Yeni evin alınması üçün müraciətlər 2,2% artıb, mövcud ipotekanın yenidən maliyyələşdirilməsi üçün müraciətlər isə 3,5% azalıb.

MBA iqtisadçısı Joel Kan, "Potensial alıcılar təklifin artması və bir çox bölgələrdə mənzil qiymətlərinin artımının yavaşlaması səbəbindən cari səviyyədə dərəcələrin dəyişməsinə daha az həssas oldular və daha aktiv oldular" dedi.

Seçilən
0
1
fins.az

2Mənbələr