UEFA Çempionlar Liqasının finalının başlanma vaxtının gələn ildən etibarən dəyişəcək.
Operativ Media xəbər verir ki, bu haqda UEFA prezidenti Aleksandr Çeferin bildirib.
Bildirilir ki, Budapeştdə Puşkas Arenada keçiriləcək final 2026-cı il mayın 30-da planlaşdırıldığı kimi 21:00 (23:00) deyil, Mərkəzi Avropa vaxtı ilə saat 18:00- da (Bakı vaxtı ilə 20:00) baş tutacaq.
"Axşam saat 21:00-da start həftənin ortası matçları üçün yaxşı nəticə versə də, şənbə günü finala daha erkən başlamaq əlavə vaxt və ya penaltilərdən asılı olmayaraq oyunun daha tez başa çatması deməkdir və azarkeşlərə axşamın qalan hissəsini dostları və ailəsi ilə mövsümün ən yaxşı oyunu haqqında düşünərək keçirmək imkanı verir", - deyə o qeyd edib.
Təşkilat həmçinin vurğulayıb ki, yeni matçın başlama saatı daha əlçatan yayım pəncərəsi ilə üst-üstə düşür və bu, bütün dünyada daha geniş auditoriyaya çatmağa kömək edəcək.
2024/25 mövsümündə PSJ və "İnter" Çempionlar Liqasının finalında üz-üzə gəlib. Fransa yığması 5:0 hesabı ilə qalib gəlib.