Bu gün saat 13:00 radələrində Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2-si kişi, 2-si qadın cinsli) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Müxtəlif nahiyələrin travması, əziyi və sınığı diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
1962-ci il təvəllüdlü və 2000-ci il təvəllüdlü şəxslərin (kişi cinsli) vəziyyətləri orta ağır, 1998-ci il təvəllüdlü (qadın cinsli) şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir, müalicələri davam etdirilir.
Tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan 2020-ci il təvəllüdlü azyaşlıya (qadın cinsli) zəruri tibbi xidmət göstərilib və azyaşlı süni tənəffüs dəstəyilə təmin olunub. Vəziyyəti ağır qiymətləndirilir. (apa)
Qeyd edək ki, hadisə zamanı 1 nəfərin (kişi cinsli) xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
14:50
Sabirabad rayonunda minik avtomobillərinin toqquşması 2 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnib.
Xezerxeber.az xəbər verir ki, Rahim Əliyevin və Mircavad Mirqədirlinin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər rayonunun Güdəcühür kəndi ərazisində toqquşub.
Hadisə zamanı Rahim Əliyev və Nilay Əlizadə ölüb. Xəsarət alan şəxslər - Mircavad Mirqədirli, Mirtalıb Talıbov, Tənzilə Əliyeva və Rəhim Əlizadə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Faktla bağlı araşdırma aparılır.