Bakının müxtəlif ərazilərində quraşdırılan smart avtobus dayanacaqları sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub. Lakin istifadəçilərin sözlərinə görə, bu dayanacaqlardakı kondisionerlər ya ümumiyyətlə işləmir, ya da çox zəif təsir göstərir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.
Qurumdan Paralel.az -a bildirildi ki, AYNA tərəfindən smart tipli pavilyonlara nəzarət məqsədilə dövri texniki baxışlar həyata keçirilir:
"Eyni zamanda, vətəndaşlardan daxil olan müraciətlər əsasında da operativ araşdırmalar aparılır. Müxtəlif zamanlarda kənar şəxslər tərəfindən pavilyonun işlək elementlərinə, o cümlədən kondisioner sisteminə müdaxilələr olunur. Baxış zamanı bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılır".