AZ

PSAT1 geninin aktivləşdirilməsi infarktdan sonra ürək toxumasını bərpa edir

Finss.az - Levis Katz Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, PSAT1 geninin aktivləşdirilməsi infarkt keçirmiş yetkinlərdə ürək toxumasının regenerasiyasına təkan verir. PSAT1 geni embrional dövrdə hüceyrə artımında iştirak edir, lakin böyüklərdə praktiki olaraq qeyri-aktivdir.

Tədqiqatçılar geni ehtiva edən mRNT yaradaraq infarktdan dərhal sonra onu siçanların ürək toxumasına daxil ediblər. Nəticədə kardiyomiyositlərin bölünməsi aktivləşib, toxuma çapıqları azalıb və yeni qan damarları meydana gəlib. Heyvanların ürək fəaliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Alimlər qeyd ediblər ki, PSAT1 hüceyrələri stressdən qorumaqda və DNT təmirində mühüm rol oynayan serin sintezini tetikler. Regenerasiya proseslərinin aktivləşdirilməsində əsas YAP1 zülalı ilə əlaqə rol oynayıb.

İstifadə olunan modRNA texnologiyası əvvəllər COVID-19 mRNA vaksinlərinin hazırlanmasında tətbiq olunub və genetik materialın DNT-ni dəyişdirmədən hüceyrələrə çatdırılmasını təmin edir, bu da potensial riskləri azaldır.

Seçilən
42
fins.az

1Mənbələr